Əsas məzmuna keç

Rusiyanın vilayətləri üzərində 95 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiyanın bölgələri üzərində Ukraynaya məxsus 95 PUA-nı ələ keçirib və məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk, Tver, Kaluqa, Oryol, Tambov, Novqorod, Belqorod, Rostov, Kursk, Smolensk, Samara, Leninqrad vilayətləri, Krım Respublikası və Krım Respublikası əraziləri üzərində Ukraynanın 95 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…