11 Yanvar 2026 / 20:01

Rusiyanın Xəzərdəki “Lukoyl” qazma platforması raketlə vuruldu

Ötən gecə saatlarında Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində “Lukoil” neft şirkətinə məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti ələ keçirilmiş ərazidə Rusiyanın Buk-M3 zenit-raket sistemini və Xerson bölgəsində Rusiya ordusunun bir bölməsini məhv edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Zərərin miqdarı hələ də müəyyən edilir. Baş Qərargah Müdafiə Qüvvələrinin Rusiya qoşunlarının hərbi-iqtisadi imkanlarını və hücum potensialını sistematik şəkildə zəiflətməyə davam etdiyini vurğulayıb. Zərbələr Ukraynaya qarşı silahlı təcavüzdə birbaşa iştirak edən hədəflərə endirilib. Hərbi ekspertlər bu zərbəni Rusiyanın “Oreşnik”. Zərbəsinə cavab adlandırırlar.

Elbar

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!