Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu ticarət gəmilərində baş verən partlayışlarla bağlı açıqlama verib. Tezadlar.az Haber- Türk-ə istinadən xəbər verir ki, türkiyəli nazir Qara dəniz sahillərində neft yüklü “Kairos” və “Virat” baş vermiş partlayışların xarici müdaxilə səbəbilə ola biləcəyini deyib. Sitat: “Çağrı mərkəzlərimizə birinci gəminin minaya düşdüyü barədə məlumat daxil oldu. Daha sonra ikinci gəmidə partlayış barədə məlumat aldıq. Hər iki gəminin heyətini təhlükəsiz şəkildə xilas etdik və sahilə çıxardıq. Üç qayığımız davam edən yanğını söndürməyə davam edir. Partlayışlardan ilk ağıla gələn xarici müdaxilədir ki, bunlar da mina, raket, qayıq və ya dron ola bilər. Hazırda məsələ ilə bağlı heç bir dəqiq məlumata malik deyilik. Lakin biz hər iki gəmini izləyirik”.
Şübhələr isə hələki Ukrayna dronlarınadır.