Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyun 2025 / 12:48

Rusiyaya məxsus PUA Ukrayna əsgərlərinin sığınacaqlarını dağıdıb

Rusiyaya məxsus pilotsuz uçan aparat Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin sığınacağını dağıdıb və videoya düşüb.

Tezadlar.az xəbər verir ki, videonu “RİA Novosti” yayıb.

Kadrlarda bir qrup ukraynalı döyüşçünün zirzəmiyə – beton istehkama daxil olduğu görünür. Bu, kəşfiyyat aparatı ilə lentə alınıb.

Daha sonra müəyyən edilmiş hədəfə hücum pilotsuz uçan aparatı göndərilir. O, sərbəst şəkildə zirzəmiyə daxil olur və dayaqlar arasında manevr edərək, Ukrayna əsgərlərinin sığınacağına çırpılır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!