Əsas məzmuna keç

Rusiyaya qarşı sanksiyalardan sonra Kulevi neft emalı zavodu ilk dəfə Liviya nefti qəbul edib

Kulevi neft emalı zavodu ilk dəfə Liviyadan xam neft qəbul edib. Tezadlar.az xəbər verir ki, “Black Sea Petroleum”un məlumatına görə, uzunmüddətli müqavilə çərçivəsində Liviyadan Kulevi limanına ilk dəfə 90 min ton xam neft gətirilib. Məlumata görə, zavodun xammal tədarükünün şaxələndirilməsi planı çərçivəsində iyul ayında Qazaxıstan mənşəli neftin emalına başlanılıb. Avqustun 23-dən etibarən isə zavod yalnız qeyri-Rusiya mənşəli xammalı emal edir.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə Kulevi neft emalı zavodu da daxil edilib. Zavoda qarşı tətbiq olunacaq tranzaksiya qadağasının qərarın qüvvəyə minməsindən 6 ay sonra tətbiq ediləcəyi bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…