Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəzər dənizində İranın yük daşıyan gəmisi aşıb. Hadisə İrandan Rusiyaya silah daşıyan gəmilərlə eyni marşrutda qeydə alınıb. Tezadlar.az xatırladır ki, Türkmənistan Xarici İşlər Nazirliyi, CNN və WSJ məlumat yayıb. Türkmənistan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “14 yanvar 2026-cı ildə Türkmənistanın Xəzər dənizindəki sahil xidmətləri qəzaya uğrayan İranın yük daşıyan “Rona” gəmisindən SOS siqnalı alıb.”
Türkmənistanın sahil xidmətləri İran və Hindistan vətəndaşları olan 14 heyət üzvünü xilas edib. Xarici İşlər Nazirliyi qeyd edib ki, hazırda bu cür hallarda beynəlxalq qaydalarla tələb olunan prosedurlar həyata keçirilir. İzləmə məlumatlarına görə, “Rona” quru yük gəmisi 2024-cü ilin oktyabrından 2025-ci ilin dekabrına qədər Həştərxan, Mahaçqala və Azovda 20 liman girişi edib. O, İranın Əmirabad və Ənzəli limanlarından ora yola düşüb. Son vaxtlar isə bu gəmi Həştərxana müntəzəm səfərdə olub. 2023-cü ildə CNN araşdırmaçıları İrandan Rusiyaya ehtimal olunan dəniz yolu ilə silah daşınmasının əsas marşrutunun Ənzəlidən Həştərxan və Əmirabad arasında keçdiyini müəyyən etdilər. “The Wall Street Journal”, həmçinin Rusiyaya yüz minlərlə artilleriya mərmisi və digər növ sursatın bu yolla daşındığını aşkar edib.
Ukrayna Müdafiə Nazirliyi gəmini bir müddətdir nəzarət altına almışdı…
A.Məmmədli