Əsas məzmuna keç

RUSLAR AVDEEVKA İSTİQAMƏTİNDƏ 3 DAYAQ MƏNTƏQƏSİNİ ƏLƏ KEÇİRİB?

Rusiya qüvvələri DXR-in Avdeevka istiqamətində üç dayaq məntəqəsini ələ keçirib.

Bunu Donetsk Xalq Respublikasının (DXR) başçısı səlahiyyətlərini icra edən Denis Puşilin deyib.

“Avdeevka istiqamətinə gəlincə, Novokalinovo qəsəbəsi istiqamətində bizim bölmələrimiz tərəfindən təxminən üç düşmən qalası zəbt edilib”, – deyə Puşilin bildirib.

Respublika başçısının səlahiyyətlərini icra edən qeyd edib ki, hazırda Maryinski istiqamətində xüsusi dəyişiklik yoxdur.

Daha əvvəl bildirilmişdi ki, Rusiya hücum təyyarələri Ukrayna Silahlı Qüvvələrinin DXR ərazisində yerləşən bölmələrinə beş istiqamətdə aviazərbələr endirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…