Əsas məzmuna keç

RUSLAR DONETSKDƏ BİR GÜNDƏ 6 DİNC SAKİNİ QƏTLƏ YETİRİBLƏR

Ötən gün rus döyüşçüləri Donetsk vilayətində 6 dinc sakini öldürüb, 8-i yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko öz Telegram səhifəsində məlumat verib.

“Rusiya dinc insanları öldürür! Oktyabrın 17-də ruslar Donetsk vilayətində 6 dinc sakini öldürdülər: Baxmutda 3, Konstantinovka kəndində 2, Orlovkada 1. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları işğal zamanı ruslar tərəfindən öldürülən 8 dinc sakinin meyitini aşkar ediblər: 7-si Limanda, 1-i isə Dubravada. Dünən daha 8 nəfər yaralanıb”, – deyə o bildirib.

Kirilenko onu da qeyd edib ki, indi Mariupol və Volnovaxada qurbanların dəqiq sayını müəyyən etmək mümkün deyil.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…