Rusiya vətəndaşları Ermənistan vasitəsilə İranı qurudan tərk edə bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfirliyi məlumat yayıb.
“Rusiya vətəndaşlarının İran-Ermənistan sərhədindəki Norduz/Agarak sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Ermənistana quru yolu ilə getməsinin əlavə variantları barədə sizə məlumat veririk”, – diplomatik missiyanın Telegram kanalında bəyanatında deyilir.
Səfirlik əlavə edib ki, İran və Ermənistan arasındakı sərhəd Rusiya vətəndaşları üçün açıqdır, etibarlı xarici və ya daxili pasportlarla keçid pulsuzdur, əvvəlcədən xəbərdarlıq tələb olunmur.
E.ŞİRİNOV







