Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Korrupsiya (rüşvətxorluq və s.) ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə birbaşa və ya dolayı yolla təzyiq etmək, qisas tətbiq edilə bilməz. Tezadlar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.
Orqanın (qurumun) rəhbəri müvafiq orqan (qurum) daxilində yuxarıda qeyd olunan tələblərə riayət olunmasını təmin edir və həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olur. Qisas məqsədli tədbirə məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə biləcək.
XXX
Xatırladırıq ki, xüsusən də, mediada yayımlanan vətəndaş şikayətlərində işçi rəhbərliyinin qohumbazlıq və korrupsiya hüquqpozmaları ilə məşğul olduğunu deyir… Bu hallar sonradan medianın məhkəməyə verilməsinə səsbəb olurdu. Təbii ki, peşəkarlıq özünü nə qədər göstərsə də, jurnalist şikayətçinin məlumatlarını hüquqi yanaşmalarla yumşaldaraq verir. Lakin sonda təzyiq və təhdidə məruz qalan media olur. Yəqinki bundan sonra belə hallara yol verilməyəcək.
A.Məmmədli