9 Sentyabr 2024 / 14:43

“SƏDƏRƏK”DƏ NƏQLİYYAT VASİTƏSİNDƏ PATRONLAR VƏ SANDIQÇA AŞKARLANIB

Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsi rentgen qurğusundan keçərkən monitorda şübhəli təsvirlər müşahidə olunub və avtomobil əsaslı yoxlamaya cəlb edilib.

İdarədən Tezadlar.az-a bildirilib ki, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altındakı boşluqdan yivli odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan 23 ədəd 7,62×39 mm kalibirli patron və 1 ədəd sandıqça aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!