Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Oktyabr 2021 / 11:00

ŞƏHİD ŞAMİL NƏCƏFOVUN İL MƏRASİMİ KEÇİRİLİB

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən igid əsgər Nəcəfov Şamil Rəfi oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur. Bununla əlaqədar olaraq Abşeron rayonunun Saray qəsəbəsində şəhidimizin il mərasimi keçirilib.

Məlumata görə, mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

Qeyd edək ki, RİH başçısı İ.Gülməmmədova şəhidin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.
E.ŞİRİNOV
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!