Əsas məzmuna keç

ŞƏKİDƏ AĞIR YOL-NƏQLİYYAT HADİSƏSİ: ÖLƏNLƏR VAR

Bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq, ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Tezadlar.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…