Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Şorsu kənd sakininə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar – Sadiq Əliyev, Şahid Ballıyev və Elton Paşayev müəyyən olunaraq saxlanılıblar. Onlar maskalı şəkildə zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurladıqlarını və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
R.XUDATQIZI