ŞƏKİDƏ TƏLƏBƏLƏRİN İŞTİRAKI İLƏ MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB

Oxunma sayı: 32

Dekabrın 19-da Şəki Tibb Kollecində “Məişət zorakılığına qarşı mübarizənin əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Minarə Məmmədhüseynova, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Vurğulanıb ki, məişət münasibətlərində baş verən zorakılıq halları hər bir insanı narahat etməlidir, bundan, ümumilikdə cəmiyyətin gələcəyi asılıdır. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

Tədbir müzakirələrlə davam etdirilib.

R.XUDATQIZI

Xəbəri paylaş

21 Aprel