Əsas məzmuna keç

SƏLİM MÜSLÜMOVUN SƏHHƏTİ PİSLƏŞDİ, MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yaranıb.

Məlumata görə, sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Onun səhhətindəki problem barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, S.Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…