Əsas məzmuna keç

SƏRHƏDÇİLƏRLƏ SAKİNLƏR ARASINDA ATIŞMA OLUB

Qırğızıstan və Tacikistan sərhədində Tacikistan sakinləri ilə qırğız sərhədçiləri arasında atışma baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2024-cü il mayın 7-də Qırğızıstan-Tacikistan dövlət sərhədinin təxminən saat 12:20-də (Bakı vaxtı ilə 10:20 – RED.) Leylekin Ak-Bosoqo kəndi yaxınlığında odlu silahdan istifadə ilə bağlı insident baş verib. Batken vilayətində (Qırğızıstan) Qırğızıstanın sərhəd naryadı dövlət sərhəd xəttindən 250-300 m aralıda Qırğızıstan ərazisində mal-qara otaran Tacikistan vətəndaşlarını – çobanları müşahidə edib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…