Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Adı mətbuatda bir mənzili 3-5 vətəndaşa satan kimi düşən “Şərurlu İsfəndiyar” indi də başqa bir problemlə üzləşib.
Belə ki, “Azərbaycan Beynəlxalq Bankı”nın rəhbərliyi “Şərurlu İsfəndiyar”- İsfəndiyar Axundovu və ona məxsus “Stil Tikinti” MTK və fəaliyyəti dayandırılmış “Bakılı” futbol klubunun sabiq prezidenti Misir Əbilovu məhkəməyə verib.
Beləliklə, həyatı məhkəmələrdə və qalmaqallarda keçən İsfəndiyar Axundov yenidən məhkəmədə cavabdehlik daşıyacaq. Binəqədi rayon Məhkəməsindən faktı “Təzadlar”a təsdiqləyiblər. İddiada külli miqdarda kredit və borc məbləği mübahisələndirilir. Məhkəmənin günü tezliklə bəlli olacaq.
Teyyub Əlioğlu