Əsas məzmuna keç

S7 TƏYYARƏSİ SƏRNİŞİNİN ÖLÜMÜNƏ GÖRƏ BRATSKDA MƏCBURI ENİB

Yujno-Saxalinsk – Novosibirsk marşrutu ilə uçan S7 aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin ölümü ilə əlaqədar İrkutsk vilayətinin Bratsk şəhərinin hava limanına məcburi eniş edib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Şərqi Sibir Nəqliyyat Prokurorluğundan məlumat verilib.

“Sibir Hava Yollarının Yujno-Saxalinsk – Novosibirsk marşrutu ilə uçan 5258 saylı reysi Bratskda təcili eniş edib, sərnişinlərdən biri xəstələnib və dünyasını dəyişib”, – deyə nəqliyyat prokurorluğu məlumat yayıb.

Təyyarə saat 13:33-də (Moskva vaxtı ilə 09:33) Novosibirska uçub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…