Əsas məzmuna keç

Saakaşvili Avropa Xalq Partiyasının Konqresinə dəvət edilib, amma…

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Avropa Xalq Partiyasının aprelin 29-30-da Valensiyada keçiriləcək qurultayına dəvət aldığını açıqlayıb. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. Saakaşvili “Vahid Milli Hərəkat”ın nümayəndə heyətinə uğurlar arzuladığını bildirib: “Avropanın ən böyük siyasi ailəsindən (APP) aprelin 29-30-da Valensiyada keçiriləcək Avropa Xalq Partiyası Konqresinə dəvət almışam. Siyasi həbsimə baxmayaraq, “Gürcü arzusu” səsimi susdura bilməyəcək. Nümayəndə heyətimizə uğurlar arzulayıram! Biz tezliklə Gürcüstanı birlikdə azad edəcəyik!”, – deyə Mixeil Saakaşvili qeyd edib.

Maraqlıdır ki, Saakaşvili həbsdədir, bəs Gürcüstan qanunları belə olan halda onun xarici ölkədəki tədbirdə iştirakına imkan verirmi?

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…