Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hazırda həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bu gün Marneulinin Şulaver kəndində fermerlərin keçirdiyi aksiyaya münasibət bildirib. Tezadlar.az xəbər verir ki, Saakaşvili “Facebook” səhifəsində Marneuli fermerləri ilə həmrəy olduğunu bildirib və bütün müxalifəti Marneuliyə səfərbər olmağa çağırıb. “Mənim həmrəyliyim Marneulidəki fermerlərlədir! Mən vaxtilə regionda etnik azərbaycanlıları təzyiqdən azad etmişdim. İndi isə İvanişvili öz korrupsiyası ucbatından bu zəhmətkeş, vətənpərvər insanları yenidən yoxsulluğa sürükləyib. Bütün Tbilisi müxalifətini Marneuliyə getməyə, Kvemo Kartli kəndlərinə çıxmağa, faktlar toplamağa və vətəndaşlarımızın yanında olmağa çağırıram. Studiyalarda oturmağınız və mənasız yazılar yazmağınız bəsdir. Heç olmasa bir dəfə xalqa faydalı olun, onların yanında durun və birləşin”.
Xatırladırıq ki, ötən gün Azərbaycan fermerləri Marneulidə geniş etirazaksiyası keçirib.
A.Məmmədli