Əsas məzmuna keç

Saakaşvili müsəlmanlarla bağlı açıqlamasına aydınlıq gətirdi

“İslamçıların qovulmasından danışarkən, mən İran vətəndaşlarını nəzərdə tuturam”. Tezadlar.az xəbər verir ki, bu sözləri həbsdə olan eks prezident Mixeil Saakaşvili facebook sosial media hesabında qeyd edib. Sabiq prezident deyib ki, o, 2004-2005-ci illərdə Gürcüstandan vəhabiləri qovub: “Öz vətəndaşlarımızla burada hər zaman dil taparıq, lakin radikal İslamın çiçəklənməsinə yol vermək olmaz. 2004-2005-ci illərdə vəhabiləri necə qovdumsa, bunları da eyni şəkildə buraxmamalıyıq və bu məsələ təxirəsalınmazdır”, – deyə Mixeil Saakaşvili qeyd edib.

Xatırlatma: Mixeil Saakaşvilinin ötən gün “İranla dini əlaqəsi olan bütün şəxslər dərhal ölkədən köçürülməlidir” paylaşımı ölkədə müsəlmanlar arasında müzakirələrə səbəb olmuşdu.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…