Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili, bu gün keçirilən məhkəmə iclası zamanı yerli seçkilərlə bağlı sərt çıxış edib. O, hazırkı siyasi şəraitdə keçiriləcək seçkilərdə iştirak edən istənilən siyasi partiyanın Rusiya işğalçı rejiminin daimi əməkdaşı və ortağı olacağını bildirib.Tezadlar.az xəbər verir ki, Saakaşvili müxalif siyasətçiləri birliyə çağırıb. O, vurğulayıb ki, ölkədə köklü dəyişikliklər baş vermədən hər hansı seçkilərdə iştirak “işğal-işbirliyi” formatı daşıyır: “Yerli seçkilərə gedib-getməyəcəyimizdən tez-tez danışılır. Camaat, bu, işğal-işbirliyi üslubundadır, seçkilər ləğv edilib. Hər hansı bir seçkiyə köklü dəyişiklik olmadan gedən hər kəs sıradan bir işbirlikçidir, Rusiya işğal rejiminin şərikidir, hətta qul demək olar. Biz gücümüzü birləşdirməliyik!”. Bundan əlavə, məhkəmə iclası zamanı Saakaşvili “Gürcü arzusu” partiyasının təbliğatının cəmi 20% əhalini əhatə etdiyini vurğulayıb: “İndi hər şey ağ-qara gün kimi aydındır. Onlar nə qədər lovğalansalar da, hansı təbliğat aparsalar da, xalqın 20%-i ilə danışırlar. Onların auditoriyası kimdir? Oğurlanmış pullarda boğulan korrupsionerlər, son dərəcə kasıb və əzilmiş, ya da oğurlanmış pulların içində çabalayan və öz milli orqanizminin qanını içən insanlardır. Bütün bu təbliğat da onlar üçün hazırlanıb – komissiyalar və müxtəlif axmaqlıqlar kimi. Çünki dünyada heç kim bunlara inanmır”, – deyə Saakaşvili qeyd edib.