26 Dekabr 2025 / 12:28

Saakaşvilidən İlham Əliyevə ad günü təbriki- QÜRUR DOLU TƏBRİK!

Tezadlar.az xatırladır ki, fb dostluğumuzda olan Gürcüstanın keçmiş prezidenti  Mixail Saakaşvili özünün Feysbuk hesabında Prezident İlham Əliyevin ad gününü belə təbrik edib: 
“Bu gün Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu İlham Əliyevin doğum günüdür.
İlham hamımızın arzuladığı hər şeyə nail ola bildi: o, Azərbaycan torpaqlarını azad etdi və sülh yaratdı, Azərbaycanı bir obyektdən dünya siyasətində çox vacib bir subyektə çevirdi.
Müasir tarixdə az sayda dünya lideri bu cür nailiyyətlərlə öyünə bilər. İlham Heydər oğlunun adını tarixə qızıl hərflərlə həkk etdiyini və əsrlər boyu xatırlanacağını söyləmək olar.
Prezident İlham Əliyevlə dost olmaq və yaxından əməkdaşlıq etmək imkanım olduğuna görə qürur duyuram. Və bu gün o, bütün xalqın ləyaqətini qorumaqda dürüstlük və sarsılmazlıq nümunəsi göstərir.
Əsl lider məhz belə olmalıdır – axının əksinə getməkdən və nəticə əldə etməkdən çəkinməyən biri.
Ona uzun ömür və ölkəsinə firavanlıq arzulayıram”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!