Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2025 / 16:49

Saakaşvilidən tarixi çağırış: “Bu seçkilərdə…”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bu gün keçirilən məhkəmə prosesinə onlayn şəkildə qoşularaq seçkilərlə bağlı sərt açıqlamalar verib. Tezadlar.az 24News.ge – yə istinadla xəbər verir ki, o, çıxışında müxalifət partiyalarını yerli seçkilərdə iştirak etməməyə çağırıb. Onun sözlərinə görə, hazırkı siyasi rejim şəraitində keçiriləcək seçkilərin azad və ədalətli olması mümkün deyil: “Mən rejimlə əməkdaşlığa, onu leqallaşdırmağa yönəlmiş təşəbbüslərə qarşıyam. Seçkilərdə iştirakla nəyəsə nail olunacağına inananlara demək istəyirəm: əvvəlki prezident və parlament seçkilərində gördükləriniz sizə dərs olmadımı? Bu rejim heç bir azad seçki keçirməyəcək”. O, əlavə edib ki, bu şəraitdə seçkilərə qatılan hər kəs Rusiya və oliqarxik diktatura oyununu oynayır. Sabiq prezident Gürcüstandakı mövcud hakimiyyətin “banditlər və yalançılar diktaturasını” qurduğunu iddia edib. Saakaşvili çıxışının sonunda ictimaiyyəti birliyə və aktiv mübarizəyə çağırıb: “Yalnız birləşməklə, güclə deyə bilərik – mən qorxmuram və susmayacağam!”

Gürcüstan hakimiyyətində isə son vaxtlar ciddi narahatlığın olduğu aydın hiss olunur. Necə deyərlər, aşağı baxırlar- Ukraynaya uduzan Rusiya, yuxarı baxırlar- Avropa İttifaqı və ABŞ!
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!