23 Aprel 2026 / 15:17

Saatlının Hərbi Komissarlığında əməliyyat: 2 NƏFƏR RÜŞVƏTİN GÜDAZINA GETDİ

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib. Tezadlar.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb. Onlar rüşvət almaqda ittiham olunur. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin digər rayonlarında əməliyyat keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hələki bu barədə hər hansı məlumat yaymayıb.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!