Sabah axşamdan hava dəyişəcək – Proqnoz açıqlandı

“Sabah axşamdan etibarən hava dəyişəcək”. 

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Tezadlar.az-a bildirib.

“Bir neçə gündür ölkə ərazisində sabit hava şəraiti müşahidə olunur. Yaxın 2-3 gün ərzində, yəni noyabrın 14-ü və 15-i Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz, səhər və axşam bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. 15-i səhər saatlarında az çiskinli olacağı ehtimal edilir. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti olacaq.

Lakin noyabrın 14-ü axşamdan, 15-i axşama kimi bəzi yerlərdə arabir yağış yağacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 17-21, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq”.

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.