Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyul 2026 / 13:20

Sabah Azərbaycanın bəzi rayonlarına dolu düşəcək, şimşək çaxacaq…

İyulun 21-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Tezadlar.az  Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki,  şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!