Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün – 24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
Möhtərəm Prezident cənab İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir. Eyni zamanda, o, dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir. Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan bir dövlət kimi inkişaf etməsi Prezident cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Məhz onun fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilib, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın bütün ərazilərini erməni işğalçılarından təmizləyib, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.
Məhəmməd Əsədov, Akif Abdullayev, Fuad Səfərov, Ramin Ağazadə, Çingiz Məmmədov, Yasin Məcidov, Mahir Novruzov, Əlihüseyn Ağayev, Səfər Cəfərli, Tural Zeynalov və Gəray Abbasov cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə fəaliyyətində yeni nailiyyətlər arzulayırlar.
CEYHUN