Sabahdan Qazaxa sərnişin qatarı yola düşəcək, həm də səhər-axşam – MİNİMUM QİYMƏT İSƏ…

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 15 iyundan etibarən Bakıdan Qazaxa ilk dəfə sürətli qatarla səfərlərə başlayacaq.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

Məlumata görə, qatarla hər gün iki dəfə Bakıdan Qazaxa səfər etmək imkanı olacaq. Hər gün saat 8:00 və 18:00-da Bakıdan Qazaxa gediləcək. Həmçinin qatar gün ərzində iki dəfə, səhər saat 8:00-da və 16:20-də Qazaxdan Bakıya yola düşəcək.

Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq. Standart sinif yerlərə minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.

Qeyd edək ki, Bakı-Qazax-Bakı maşrrutu üzrə biletlər artıq satışdadır. Biletləri dəmiryol vağzallarının kassalarından, ADY Mobile tətbiqindən və ya ady.az saytından əldə etmək mümkündür.

Xəbəri paylaş