Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar qasımov sosial media hesabında paylaşım edib.
“Tədbirdə elm və təhsil nazirinin müavinləri Kənan Kərimzadə və Firudin Qurbanov çıxış etdilər. Bakı Ali Neft Məktəbində belə mötəbər tədbirə ev sahibliyi etməkdən qürur duyuruq.
Sevindirici haldır ki, mükafat qazananlar arasında Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin iki komandası da yer alıb.
Bütün qalib komandaları, şagirdləri səmimi-qəlbdən təbrik edirəm”, – deyə rektor qeyd edib.
JASMİN