“Sabahın alimləri” – Müsabiqə qalibləri ABŞ-da ölkəmizi təmsil edəcəklər

Oxunma sayı: 269
Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev çıxış etdilər.

Tezadlar.az  xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial medi hesabında məlumat verib.
O diqqətə çatdırıb ki, qonaqlar finalçıların layihələri ilə tanış olublar.
“Müsabiqədə növbəti iki gün ərzində şagirdlərin 9 istiqamət üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər”, – deyə qeyd edib.
Y.Məmmədli
Xəbəri paylaş

18 Aprel