Əsas məzmuna keç

SABİRABADDA ÇƏTƏNƏ KOLLARI MƏHV EDİLİB

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Qaralı kəndi ərazisində yabanı halda bitən 947 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

DİN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, şöbə əməkdaşları tərəfindən ötən ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 17 nəfər saxlanılıb. Onlardan 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və narkotik tərkibli həblər, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları götürülüb.

R.XUDATQIZI

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…