Bir müddətdir həbsdə olan keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barədə istintaqı aparılan cinayət işi üzrə dindirildiyi barədə +bəzi elektron mediada məlumatlar paylaşılıb. Qeyd edilir ki, Həsənovun hazırda cəza çəkdiyi 9 saylı həbsxanadakı mənbə məlumat verib. Bildirilir ki, E.Həsənov bir aya yaxındır Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına aparılıb və iş üzrə dindirilir.
***
Eldar Həsənov 2022-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir.