Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rüşvətalma elə bir xəstəlikdir ki, müalicəsi, ancaq həbsxanada mümkündür… O da “xəstə”nin geninə baxır… Budur, Gürcüstanda da sabiq Dövlət Təhlükəsizlik Xidməti rəhbəri Qriqol Liluaşvili bir neçə cinayət işi çərçivəsində rüşvət almaqda ittiham olunub. Tezadlar.az xəbər verir ki, bu barədə Baş Prokuror Giorgi Gvarakidze birifinq zamanı məlumat verib. Bildirilir ki, 2022-ci ilin oktyabr ayında Liluaşvili türkiyəli investor Çağatay Ülkərdən 1 milyon ABŞ dolları rüşvət alıb. Pul, o zaman iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində birinci müavin olan Romeo Mikautadze vasitəsilə ödənilib. Məqsəd külək elektrik stansiyalarının tikintisi ilə bağlı əməkdaşlıq memorandumunun imzalanması üçün lobbiçilik etmək olub. Bundan əlavə, 2022-ci ilin fevral ayında Liluaşvili eyni üsulla “Ekspresservice 2008” şirkətinin təsisçisi Giorgi Xajaliyadan qazlaşdırma tenderlərində kömək müqabilində 1 milyon 500 min lari alıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti birgə həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində Liluaşvili saxlanılıb.