Əsas məzmuna keç

Sabiq nazir Azərbaycanda qazandığı pulu niyə Jirinovski ailəsinə qazandırırmış?

Bunun qarşısı alınmalıdır: niyə bizim bəzi məmurlar fürsət düşən kimi Azərbaycanda çırpışdıqlarını dərhal xaricə daşıyıb həmin ölkələrin dövlət büdcəsini varlı etməyə səfərbər edirlər… Budur, jurnalist Cavanşir Həsənli Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin biznes ortaqlarından biri olan Rusiya Liberal Demokrat Partiyasının keçmiş sədri Vladimir Jirinovskinin qardaşı oğlu Andrey Jirinovski ilə əlaqələrini ortaya qoyub. Sitat:
“…Ət və balıq, o cümlədən xərçəng və molyusk kimi dəniz məhsullarının satışı ilə məşğul olan “ÇE KORPORASİYASI” MMC (ООО “КОРПОРАЦИЯ ЧЕ”) Andrey Aleksandroviç Jirinovskiyə məxsus olub və Əbülfəs Qarayev hazırda bu şirkətdə 50 faizlik hissəyə sahibdir. Rəsmi maliyyə hesabatlarına görə şirkət 2024-cü ildə 147 milyon rubl məbləğində gəlir əldə edib…”.
Qoy Azərbaycan DTX aydınlaşdırsın ki, bu iqtisadi və kommersiya bağlılığı daha haralarda nöqtələnir…
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…