Sabiq prezident 26 May Müstəqillik Gününə Hazırlıq Komitəsi yaradır…

Oxunma sayı: 433

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili 26 May – Müstəqillik Gününə hazırlıq məqsədilə xüsusi komitənin yaradıldığını bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə açıqlama verib. Zurabişvilinin sözlərinə görə, bu təşəbbüs cəmiyyətin müxtəlif nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək və məqsəd – ölkənin müstəqilliyini birlikdə qeyd etməkdir: “Biz təkcə öz platformamızı deyil, bütün cəmiyyətin 26 Mayını birlikdə planlaşdırmaq istəyirik. Müstəqilliyimizin qeyri-legitim hakimiyyət və komanda tərəfindən təhdid edildiyi bir vaxtda, özümüzü müdafiə etməliyik,” – deyə o vurğulayıb.Zurabişvili əlavə edib ki, tədbirin ənənəvi olaraq Rustaveli prospektində keçirilməsi nəzərdə tutulur və cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesə qoşulması vacibdir. Məlumat üçün bildirək ki, 26 may tarixində Gürcüstanın əsas dövlət bayramı – Müstəqillik Günü qeyd olunur.

Xəbəri paylaş

23 May