Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

«Təzadlar»ın ötən buraxılışlarında xüsusi diqqət yetirdiyi bu problem barədə qısa da olsa məlumat vermişdik. Məsələ çox sadədəir: ortadaməhkəmənin xüsusi qərarı var, deməli, icra olunmalıdır! Amma bu sadə məsələni mürəkkəbləşdirən var. Onun adı Sabunçu rayon prokuroru Murad Dadaşovdur!
Söhbət ondan gedir ki, elə bil bəzi məmurlar nə etdiklərinin fərqində olmadan yol verdikləri qanunsuzluğun məsuliyyətini vecə belə almırlar. Və bilmirlər ki, ədalətsizlik və qanunsuzluq olan yerdə dövlətin imicinə zədə dəyir. Bəs bunu bilə-bilə niyə vətəndaş şikayətlərinə məhəl qoyulmur və ən əsası, məhkəmə qərarlarının icrasına maneçilik törədilir???
***
Gəlirik mətləbə: aşağıda bəhs edəcəyimiz məsələ də Sabunçu rayon Prokurorluğunda baş verənlər barədədir. Redaksiyaya iş adamı-sahibkar Ağasəf İsmayılov tərəfindən təqdim olunmuş və Baş Prokuror Kamran Əliyevə ünvanlı şikayət məktubunda inanılmaz faktlar açıqlanır. Sadəcə, inana bilmirik ki, qanunların icrasına nəzarət vəzifəsinin daşıyıcısı olan Sabunçu rayon Prokurorluğunda Prosessual pozuntularla bağlı eyni məzmunlu şikayətlər əsasında verilmiş məhkəmə qərarları icra edilmək əvəzinə, işlərin gedişatını əngəlləmək üçün təhqıqatçı, müstəntiqlər və prokurorlar eyni məzmunlu uydurma qərarları ilə məsələni “karusel”ə döndərirlər.
Ən pisi odur ki, hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinin davamlı qanunazidd hərəkətləri dövlətin nüfuzuna xələl gətirir, vətəndaşda inamsızlıq-ümidsizlik yaradır ki, bu da ən yuxarı ölkə rəhbərliyinin ünvanına yersiz şikayətlərə gətirib çıxarır. Axı niyə belə olmalıdır? Bəs qurduğumuz hüquqi dövlət?! Niyə vətəndaş inamını laxladır, heçə endirirsiniz???
Beləliklə, iş adamı və zərərçəkmiş Ağasəf İsmayılovun Baş Prokuror Kamran Əliyevə ünvanlı şikayətində deyilir:
-Çox hörmətli Kamran müəllim! Mən-sahibkar-iş adamı Ağasəf İsmayılov “Magna Trans” MMC-nin təsisçisiyəm. Təsisçisi olduğum “Magna Trans” MMC-nin direktoru isə Ağayev Mirzahid Mirsahib oğludur. O və digər həmtəsisçilər – yeznə-qayın kimi qohum olan Həmidov Bürhan Əhməd oğlu ilə Hacıyev Namiq Gülosman oğlu və başqalarından ibarət mütəşəkkil dəstə tərəfindən həmin MMC-nin əmlakının-pullarının MƏNİMSƏMƏLƏRİ ilə bağlı Sabunçu rayon Prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işinin qanunsuz olaraq dəfələrlə dayandırmaqla və ya xitama verməklə sündürməçiliyə məruz qoyulmasına dair şikayətlərim üzrə Sabunçu rayon və Bakı Apellyasiya məhkəmələrinin sayca 26 qərarları prokurorluqda illərdir ki, qərəzli olaraq icra edilmir.
Cənab Baş Prokuror! Sabunçu rayon prokurorluğunun müstəntiqləri: Tural Mürsəlov, Fuad Babayev, Natiq Məmmədov Qanunun tələblərini kobud surətdə pozmaqla bərabər, məhkəmə qərarlarında qoyulmuş tələbləri də icra etməkdən qətiyyətlə imtina etmişlər. Müstəntiqlərin qanuna zidd əməlləri sayca 20 məhkəmə qərarının hər birində birbaşa göstərilmiş olsa da, istintaqa rəhbərlik və nəzarət etməli olan prokuror Murad Dadaşov və digərləri bu qərarların icra edilməsini təmin etməkdənsə, onların bir neçəsinin ləğv edilməsi ilə bağlı protestlər də vermişlər.
Onu qeyd etmək yetər ki, Apellyasiya məhkəmələri prokurorların protestlərinin əsassız olması səbəbinə görə heç birini də təmin etməmiş və geri-özlərinə qaytarmışdır. Bu, prokurorluq üçün ayıb olan bir işdir!
Bu məhkmə qərarlarından nəticə çıxarmaq əvəzinə, müstəntiqlər və prokurorlar cinayət işinin süründürməçiliyini davam etdirmək üçün, hətta tam məntiqsiz və absurd qəralar da vermkdən çəkinməmişlər. Çünki MƏNİMSƏMƏ cinayəti əməli – ETİBAR EDİLMİŞ ÖZGƏNİN ƏMLAKINI məhz, şəxsiyyəti məlum olan bir kəs tərəfindən MƏNİMSƏNİLMƏSİ HƏRƏKƏTİDİR və bu Cinayət Məcəlləsinin 179-cu maddəsində aydın göstərilmişdir. Lakin prokurorluğun müstəntiqləri cinayət işinin istintaqını əngəlləmək üçün başqa yol tapmadıqlarına görə, Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 53.1.1. maddəsi ilə, yəni ki, guya “cinayət törətmiş şəxsin müəyyən edilməməsi səbəbinə” görə dəfələrlə dayandırmışlar.

Cənab Baş Prokuror!
Məsələ bundadır ki, “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayevlə müavini Ramil Xəlilova etibar edimiş həmin MMC-nin əmlakının-pullarının mənimsəmələri elə onların özlərinin imzalayıb-möhürlədikləri sənədlərlə təsdiq olunduğu halda, cinayət törətmiş bu maddi-məsul şəxsləri prokurorluq hansı səbəbdən “müəyyən edə bimir?”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs mən- A.İsmayılovun sonuncu dəfə məhkəmə nəzarəti qaydasında vermiş olduğum şikayət Sabunçu rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli qərarı ilə təmin edilmişdir və “Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin 210050957 nömrəli cinayət işi üzrə istintaq hərəkətinin aparılmamasından və məhkəmələrin müvafiq qərarlarında göstərilən göstərişlərin icrasız saxlanılmasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir.”
Bu qərardan şikayət etmək müddəti 3 gün olduğu halda, 2 ay sonra Sabunçu rayon prokuroru apellyasiya şikayəti vermişdir. Niyə??? Prokuror nə istəyirdi və niyə belə edirdi???
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 18.02.2026-cı il tarixli, 6(3-6)-93/2026 saylı qərarla Sabunçu rayon prokurorunun protestini əsassız olmasına görə rədd etmişdir.
Protestlə bağlı onu da qeyd etmək yerinə düşər ki, 34 ədəd avtobusun oğurlanmasına dair ərizəsi ilə bağlı mənim 2-3 vərəqlik izahatımın alınmasını illərdir ki, təmin erməyən istintaqa nəzarət etməli olan prokuror, mən zərərçəkmiş şəxsin şikayətlərinin baxılmasını və istintaq hərəkətlərinin yerinə yetirilməsini əngəlləmək üçün isə düz 12 vərəqlik əsassız, qanunsuz protest yazmağın zəhmətini çəkmişdir. Necə ki, zərərçəkmiş şəxsin 4 il ərzində üç yüzdən çox müraciətinin heç birinə bir cümlə cavab yazmayan Sabunçu rayonunun sabiq prokuroru İbrahim Lənbəranski avtobusları oğurlanmış, əmlakı talanmış, pulları mənimsənilmiş “Magna Trans” MMC-nin maddi-məsuliyyət cavabdehliyini daşıyan direktor Mirzahid Ağayevin müdafiəsi üçün yazmış olduğu 15 səhifəlik apellyasiya protestini də əsassız olması səbəbinə görə yenə də Apellyasiya məhkəməsi təmin etməmiş-rədd etmişdir!
Hörmətli Kamran müəllim! Ədalətinizə inanaraq bir daha əlavə edirəm ki, polislə prokurorluğun təhqiqatçı-müstəntiqlərinin qərarlarının, prokurorların protestlərinin hər biri və bunlarla bağlı verilmiş 26 məhkəmə qərarlarının hər biri prokurorluq və polis əməkdaşlarının qanunun tələblərinə əməl etmələrindən çox, cinayət törətmiş şəxslərə müdafiə-himayədarlıq hərəkətlərini təsdiqləyir. Belə ki, 34 avtobusun oğurlanmasına dair şikayətlə Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişəm, şikayət ərizəm üzrə heç bir tədbir görülmədiyi üçün, istintaqa məhkəmə nazarəti qaydasında aidiyyəti üzrə məhkəməyə şikayət etmişəm. Xətai rayon Məhkəməsinin 14.02.2025-ci il tarixli, 6(011)-31/2025 saylı qərarında göstərilmişdir ki, “Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun 34 ədəd avtobusun oğurlanması ilə bağlı müraciət üzrə araşdırma aparmaması, müraciətin nəticəsi üzrə prosessual qərar qəbul etməməsi qanunsuz hesab edilsin”.

Qəribə də olsa, Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev apellyasiya protesti vermişdir ki, məhkəmənin bu qərarı ləğv edilsin, yəni polis avtobusları axtarmasın. Niyə? Oğurluq əmlakı axtarmaq lazım deyil?!
Təsəvvür edirsinizmi, Bakı şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Əlizadə Emil Əli oğlu Apellyasiya məhkəməsində çıxış edərək, Mobil Şəfiyevin apellyasiya protestinin təmin edilməsini və məhkəmə qərarının ləğv edilməsini xahiş etmişdir. Bu dəfə isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.05.2025-ci il tarixli 6(103)-177/2025 saylı qərarında göstərilmişdir ki, “Məhkəmə kollegiyası, apellyasiya protesti ilə əlaqədar iş materialını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməlidir.
Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, 34 ədəd avtobusun qanunsuz ələ keçirilməsi ilə bağlı Bakı ŞBPİ-də heç bir araşdırma aparılmamış, hər hansı prosessual qərar qəbul edilməmişdir. Cinayət prosesini həyata keçirən orqanın əməkdaşı AR CPM-in tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir. Apellyasiya protesti təmin edilməsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilə bilməz.”
Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalov məhkəmə qərarlarını icra etmək əvəzinə, 34 ədəd avtobusun oğurlanmasına dair ərizəni “araşdrılıraq, nəticəsi barədə müəllifinə bildirilməsi” üçün Sabunçu rayon polis İdarəsinə göndərir. Ərizə icraatına verirlmiş İstintaq şöbəsinin müstəntiqi Orxan Səmədovun süründürməçilik və məsuliyyətsizlik hərəkətləri etməsi səbəbindən, məhkəmə nəzarəti qaydasında mənim vermiş olduğum şikayətlər üzrə, Sabunçu rayon Məhkəməsinin üç-22.08.2025-ci il tarixli 6(008)-75/2025, 28.10.2025-ci il tarixli, 6(008)-109/2025 və 08.12.2025-ci il tarixli, 6(008)-119/2025 saylı qərarlarında birmənalı olaraq göstərilmişdir ki, “Sabunçu RPİ İŞ-nin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilsin, A.İsmayılovun şikayətində göstərdiyi, o cümlədən məhkəmənin həmin qərarda göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırma aparılsın.”
Hər üç məhkəmə qərarlarının surətləri icra edilməsi üçün Sabunçu rayon Polis İdarəsinə və icra olunmasına nəzarət üçün Sabunçu rayon Prokurorluğuna göndərilmişdir. Lakin bu üç məhkəmə qərarları da icra olunmadan Sabunçu rayon Prokurorluğunda və polis idarəsində qalmaqdadır. Belə ki, oğurluq hadisəsinə dair şikayəti araşdırmaqdan qətiyyətlə imtina etmiş Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəis müavini Tərlan Zeynalovun, Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Orxan Səmədovun və onların bu qanunazidd əməllərinə dayaq vermək üçün məhkəmələrə protestlərlə müraciət etmiş prokurorlar: Mobil Şəfiyevlə Emil Əlizadənin təəbirincə, cinayət hadisəsinə dair vətəndaşın şikayəti nə polisdə, nə də prokurorluqda ümumiyyətlə, araşdırıla bilməz!
Hörmətli Kamran müəllim! Şikayətlərim əsasında verilmiş 26 məhkəmə qərarları mövcud olsa da, göstərilən vəzifəli şəxslər süründürməçilik, özbaşınalıq, vəzifədən sui-istifadə və qarşı tərəfə himayədarlıq hərəkətlərini 4 ildir ki, davam etdirirlər. Başlıcası isə, məhkəmə hakimləri tərəfindən konkret göstərilmiş istintaq hərəkətləri yerinə yetirməyən müstəntiqlər, hətta heç bir nöqtə-vergül dəyişmədən əvvəlki qərarlarla eyni məzmunda qərar verirlər və məhkəmə onları əsassız olması səbəbinə görə hər dəfə ləğv(rədd) edir. Bu minvalla, müstəntiqlərin əsassız olaraq verdiyi 26 qərar məhkəmələr tərəfindən ləğv olunmuş və müstəntiqlərin hərəkətsizlikləri barədə qərarlar qəbul olunmuşdur. Bir sözlə, məhkəmə qərarları müstəntiqlər tərəfindən iqnor olunur və istintaqı davam etdirməmək üçün istədikləri qərarı yazıb işi kənara qoyurlar. Prokurorluq və polis orqanlarında illərdir ki, aidiyyəti vəzifəli şəxslər tərəfindən davam etdirilən bütün bu qanunazidd əməllərin nəticəsində, ölkə vətəndaşı olaraq mənim əmlakımı-pulumu mənimsəyib-oğurlayıb-talamış şəxslərə himayədarlıq edilməklə bərabər, dövlət büdcəsinə ödənilməli olan külli məbləğdə vəsaiti də hesabatdan gizlətməklə mənimsəmiş bir dəstəyə mühafizəkarlıq da edilməkdədir.
Xahiş edirəm, aidiyyəti üzrə Sabunçu rayon Prokurorluğuna göstəriş verəsiniz ki, 4 ildir davam edən istintaq-prokurorluq süründürməçiliynə,nəhayət, son qoyulsun!».
REDAKSİDAN: şikayət məktubu aidiyyəti üzrə cənab Baş prokuror Kamran Əliyevə, eləcə də digər rəsmi dövlət qurumlarına göndərildi. İnanırıq ki, qeyd olunan istintaq işinə dair tezliklə ədalətli qərar veriləcək və haqq-ədalət öz yerini tapacaq.
«Təzadlar»ın Araşdırma Qrupu