Əsas məzmuna keç

SABUNÇUDA PİROTEXNİKİ VASİTƏLƏRİN SATIŞI İLƏ MƏŞĞUL OLAN 8 NƏFƏR SAXLANILDI

Paytaxtın Sabunçu rayonunda son iki gün ərzində keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…