6 Fevral 2026 / 12:21

Şagird müəllimi atasının tüfəngi ilə güllələyib – DİN

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İDRAK” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

Tezadlar.az  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki,  hadisə bu gün saat 09 radələrində baş verib.

Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada işləyən qadın müəllim Ş.K.-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!