Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanla münasibətin yaxşılaşmasında diqqəti çəkən odur ki, daha çox bu ölkə Azərbaycanla əlaqələrə can atır… Elə buna görə də “Uyğun səbəb və rəsmi dəvət olacağı təqdirdə, Azərbaycana səfər etməyə hazıram”, -deyən Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə belə bildirib. Simonyanın sözlərinə görə, belə bir dəvət olarsa, Bakıya getməkdən çəkinməyəcək. Simonyan, eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Ermənistana səfərə dəvət edib.
Bu isə artıq yeni bir jestdir!
Xatırladaq ki, Paşinyan ötən gün bəyan etmişdi ki, yaxın zamanlarda Azərbaycana gələ bilər…
A.Məmmədli