Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Heyvanın insanların anlayıb başa düşəcəyi dili olmasa da, onları döyüb incitmək yolverilməzdir! Axı onlar canlıdır! Ağaclar da elə. Yaşıl budağı kəsmək ağaca işgəncə vermək deməkdir!
Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin Siqnaği Rayon Bölməsinin əməkdaşları əvvəllər dəfələrlə məhkum edilmiş 1977-ci il təvəllüdlü şəxsi heyvanlara qarşı qəddarlıq ittihamı ilə həbs ediblər. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs Siqnağidə küçə itini iti əşya ilə yaralayıb və hadisə yerindən qaçıb. Sahibsiz heyvan müvafiq müalicə aldığı sığınacağa aparılıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən aparılan istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxs həbs edilib.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 3 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan 259-cu maddəsi ilə aparılır.
Qgüman edirik, Azərbaycanda da bu istiqamətdə sərt addımlar atılmalıdır. Bəzən nəinki sahibsiz heyvanların işğəncəyə məruz qalmasının, hətta ev heyvanlarının belə öldürülməsinin də şahidi oluruq. Sadəcə, sahibsiz heyvanların insanlara zərərinin qarşısını almaq barədə tədbir görmək gərəkdir.
Səbuhi
