Əsas məzmuna keç

Şahzadə Diananın gileyi: “Hara getsəm, losos verirlər”

Şahzadə Diananın şəxsi aşpazı Daren Makqredi maraqlı bir xatirəsini bölüşüb.

Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, hər dəfə xeyriyyə təşkilatları saraya zəng edərək “Şahzadə nə yeməyi sevir?” soruşanda o, cavab verirmiş ki, “qızılbalığı sevir”. Nəticədə, Dianaya hara getsə, daim qızılbalıq təqdim olunurdu.

Bir gün şahzadə ona gileylənib: “Mən aclıqdan ölürəm, zəhmət olmasa de ki, naharda qızılbalıq yoxdur. Hara getsəm, hər yerdə losos verirlər”.

Aşpaz sonradan etiraf edib ki, bu vəziyyətin səbəbkarı özü olub və səhvini düzəltmək üçün menyunu hər həftə dəyişməyə başlayıb.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…