Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2024 / 08:02

SALVİNİ MAKRONA DƏBİLQƏ TAXIB UKRAYNAYA GETMƏYİ MƏSLƏHƏT GÖRÜB

İtaliyanın nəqliyyat və infrastruktur naziri, baş nazirin müavini Matteo Salvini Fransa prezidenti Emmanuel Makronu dəbilqə taxıb Ukraynaya getməyə dəvət edib.

Tezadlar.az xəbər verir ki, o, bunu Bari merliyinə Liqa partiyasının namizədi üçün seçkiqabağı tədbirdə deyib.

“Mən Makrona deyəcəyəm: döyüşmək üçün Ukraynaya get, dəbilqə tax və italyanları aldatma”, – Salvini deyib.

Daha əvvəl bildirilmişdi ki, Makron Ukraynaya hərbi təlimatçılar göndərmək üçün koalisiya yaratmaq istəyir.

İtaliya baş nazirinin müavini həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəməsinin siyasi xarakter daşıması barədə fikir bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!