Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. İnsident zamanı xəsarət alan Yusif Əsgərov xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a bildirilib ki, Salyan rayon sakini Y.Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Hadisəni törədən rayon sakini, əvvəllər məhkum olunmuş Samid Babayev şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq istintaqa verilib.
Araşdırmalar davam etdirilir.