Əsas məzmuna keç

SALYANDA MONTYORU “TOK” VURDU

Salyan rayonunun Seyidlər kəndi ərazisində montyor, 1975-ci il təvəllüdlü Elnur Kazımov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, ölüm faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…