Əsas məzmuna keç

Samuxda mikroavtobus aşdı: ölən və yaralananlar var

Bu səhər Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadla bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb. Məlum olub ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Nəticədə ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan biri M.Zülfüqarovdur. Mikroavtobus sərnişinləri işə aparırmış.

İlkin məlumata görə, Qazel sürücü səhlənkarlığı səbəbindən aşıb. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…