● Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) samitində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfəri mühüm geosiyasi hadisə kimi dəyərləndirilə bilər.
● Əvvəla onu qeyd edim ki, 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşı statusuna malik ölkə kimi iştirak edən Azərbaycan bu qurumda həmrəylik platformasının üzvü kimi hörmətlə qarşılanır.
● Son illərdə dünyada baş verən sürətli siyasi proseslər və yeni iqtisadi-ticari tələbatlar isə Azərbaycanın ŞƏT-ə inteqrasiyasını dərinləşdirir. Bu baxımdan ŞƏT-Azərbaycan əlaqələri yeni məzmun kəsb etməkdədir.
● Ələləxüsus da qlobal iqtisadi fəallığın daha çox Asiyaya yönəldiyi, yeni nəqliyyat və enerji marşrutlarının əhəmiyyətinin artdığı bir mühitdə böyük coğrafiyaları bir-birinə bağlayan ölkələrin rolu daha da artır.
● Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Çinlə strateji tərəfdaş olması, Mərkəzi Asiyanın Dövlət Başçılarının Məşvərəq Görüçünün tamhüquqlu üzvü olması bu təşkilata üzv olması üçün əsil zəmin yaradır.
● Ərazi bütövlüyünü təmin edərək regional və qlobal proseslərdə fəal oyunçuya çevrilən ölkəmizin ŞƏT ailəsinə inteqrasiyası təşkilatın da xüsusi maraq dairəsindədir.
● 10 tamhüquqlu üzvü , 2 müşahidəçi ölkəsi və 15 dialoq tərəfdaşı olan ŞƏT-in lider dövləti və güc sütunu hesab edilən Çinlə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu yaxınlaşmanı daha da gücləndirir.
● Əlbəttə, təşkilatda bəzi maraqlı güclər rəsmi Bakının möhkəmlənən geosiyasi və geoiqtisadi gücündən qısqanaraq ŞƏT-ə üzvlüyünə mane olmağa çalışır, Hindistan və Rusiya da bu prosesdə əsas rol oynayıb.
● Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, Azərbaycan-Çin müttəfiqliyinin rəsmiləşməsi və digər proseslər regionda vəziyyəti dəyişməkdədir.
● Prezident İlham Əliyevin 2025-ci il avqustun 31-də Tiencində keçirilən “ŞƏT plyus” formatında görüşdə iştirakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib və proseslər ölkəmizin xeyrinə sürətlə dəyişməkdədir.
● Hazırda çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarını genişləndirərək Asiya və Avropa arasında körpüyə çevrilir. Bu baxımından yeni reallıqlar Azərbaycanın ŞƏT-də təmsil olunmasını labüdləşdirir.
Vaqif Abdullayev,
Professor,
politoloq







