Əsas məzmuna keç

Saratov hava limanında məhdudiyyətlər götürülüb

Saratovdakı Qaqarin Beynəlxalq Hava Limanında səhər tezdən təhlükəsizlik məqsədilə tətbiq edilən təyyarələrin qəbulu və buraxılmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Saratov (Qaqarin) hava limanında təyyarələrin qəbulu və buraxılmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…