Saratov hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və ya göndərmir.
Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti məlumat yayıb.
“Saratov hava limanı (Qaqarin). Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir”, – məlumatda deyilir.
E.ŞİRİNOV







